Image default
HADİSƏ / CİNAYƏT

İmişlidə 11 yaşlı qızı zorlayan atalığı HƏBS EDİLDİ – RƏSMİ

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Kateqoriya üzrə digər xəbərlər

Kürdə batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı

Admin

İntihara cəhd etdiyi deyilən qızın atası danışdı – ÖZƏL

Admin

Özünü polis kimi təqdim edən şəxs əvvəl də eyni əmələ görə məhkum olunub – FOTO/VİDEO

Admin

Darıxdığından babasını öldürdü, cinayətin görüntülərini paylaşdı – FOTO

Admin

Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi – FOTO

Admin

Ərzaq dükanında narkotik saxlayan Lənkəran sakini tutuldu – FOTO

Admin

Şərh yazın