Image default
AZƏRBAYCAN

İlham Əliyev Ərdoğanı Prezident iqamətgahında qarşılayıb – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

15:28

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident iqamətgahında qarşılayıb.

Görüntüləri təqdim edirik:https://www.youtube.com/embed/m3VyNCP2NeY

Kateqoriya üzrə digər xəbərlər

İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım

Admin

Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Pakistana gedir

Admin

Pakistanla Azərbaycan arasında birbaşa uçuşların başlanılması gözlənilir – RƏSMİ

Admin

Azərbaycanda nazirliyin 73 əməkdaşı cəbhəyə yollandı – RƏSMİ

Admin

Azərbaycan Zəngəzuru da götürə bilər – Həsənquliyevdən ŞOK

Admin

Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu – FOTO/VİDEO

Admin

Şərh yazın