Image default
HADİSƏ / CİNAYƏT

İLGİNC OLAY: Gəlin qayınatanı döyüb heyvan damına köçürdü

Gürcüstanın Tianeti rayonunun Gigeti kəndində gəlin qayınatasına fiziki zorakılıq edib.

Fiziki qarşıdurmaya səbəb əmlak mübahisəsi olub.

Məlumata əsasən, Tianeti bölgəsində gəlin qaynatası 96 yaşlı Vardo Tataraşvilini və onun vəkilini döyüb. Yerli sakinlər ailə üzvləri arasındakı qarşıdurmanın uzun illərdir davam etdiyini bildiriblər. Evin və torpağın yarısı kişiyə məxsusdur, qalan yarısı isə uşağın adındadır. Məlumata görə, yaşlı kişinin oğlu və gəlini, kişinin yarısına müxalif olduğu əmlakı bütünlüklə öz üzərlərinə götürmək istəyiblər.

Yayılan məlumatlara görə, iş o yerə çatıb ki, yaşlı kişini heyvan damına köçürüblər, lakin “Gürcüstan üçün Birlik” təşkilatı yaşlı kişini Tbilisidə kirayə evə köçürüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin birinci hissəsinə əsasən istintaq başladılıb.

Zorakı gəlin barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən Marina Axalaurinin dediyinə görə, yaşlı kişinin özü ona zorakılıq edirmiş. 96 yaşlı kişinin damda yaşamasına gəlincə, gəlinin dediyinə görə, qayınatası orada yaşamağı xoşlayırdı.

Kateqoriya üzrə digər xəbərlər

Maşın beton maneəyə çırpılıb alovlandı

Admin

Arvadını məhkəmə binasının qarşısında öldürən şəxsdən xəbər var

Admin

Bakıda narkotik qəbul edən 38 yaşlı kişi öldü

Admin

Göyçayda birmərtəbəli ev yanaraq külə döndü

Admin

Bakıda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində YANĞIN

Admin

Pakistanda fond birjasına hücum: ölənlər və yaralananlar var – FOTO

Admin

Şərh yazın