SƏHİYYƏ

İki vaksinin kombinəsi əks təsir göstərə bilərmi? – Həkim AÇIQLADI

Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb. Hazırda aktual olan sual: Birinci doza “Sinovac” almışamsa, ikinci doza kimi “Pfizer” ala bilərəmmi? Qısa cavab verim. Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir. Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq.

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, tədqiqatda vektor + mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub:

“Delta variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə “Sinovac”, sonra “Pfizer” vurulması daha məsləhətdir. Nəinki əvvəlcə “Pfizer”, sonra “Sinovac”. Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.

Hansı vaksini məsləhət görürsünüz sualının cavabı budur: Əvvəlcə “Sinovac”, sonra “Pfizer”. Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm siz ikinci dozanı fərqli istəsəniz, poliklinkada işləyənlər, vaksin vuranlar sizə nə cavab verəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatı ikinci vaksin seçimi qərarını qarışıqlıq olmasın deyə vətəndaşların yox, yerli səhiyyə rəhbərlərinin, qurumlarının verməsini məsləhət görüb”.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanlı vəkil: “Yefremov ürəktutması keçirib”

Admin

Koronavirus peyvəndini tapan türkiyəli alimlər “ilin adamı” seçildilər

Admin

Külli miqdarda yeyintiyə görə mərkəzi xəstəxananın baş həkiminə cinayət işi AÇILDI

Admin

Koronavirusa yoluxan azərbaycanlı məşhur: “İlk gündən bizi inandırdılar ki, virusa yoluxsanız…”

Admin

Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxdu

Admin

Həkimdən VACİB TÖVSİYƏ: Burun üçün spreylərdən az istifadə edin

Admin

Şərh yazın