Image default
HADİSƏ / CİNAYƏT

İki kiloqramdan çox heroinlə tutuldular

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan   cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N. Manaflı və B. Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda iki qadın Britaniya vətəndaşını qarət etdi – VİDEO

Admin

Azərbaycanda 15 yaşında ana olan qızı kim məcbur edib? – VİDEO

Admin

Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı

Admin

Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu – VİDEO

Admin

İtaliyada faciə: 14 nəfər həlak oldu – ANBAAN VİDEO

Admin

Sumqayıtda ağır qəza – ÖLƏN VAR

Admin

Şərh yazın