Image default
İDMAN

İki karateçimiz medal qazandı

Uşaq, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edirlər.

16-17 yaşlı gənclər arasında keçirilən qarşılaşmalarda karateçilərimizdən Fərid Savadov (55 kq) qızıl, Nicat Kərimli (61 kq) bürünc medal qazanıblar.

Bundan əvvəl isə 14-15 yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc mükafata sahib olublar.

Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışda Azərbaycanın 32 karateçisi iştirak edir. İyunun 4-də start götürən və üç gün davam edəcək turnirdə ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparır.

Kateqoriya üzrə digər xəbərlər

Hidayət dünya çempionatında mübarizəyə başlayır

Admin

“Qarabağ”ın sabiq futbolçusunun çıxış etdiyi klubda 11 nəfər koronavirusa yoluxdu

Admin

Çempionlar Liqasının “Real” – “Liverpul” oyununda Azərbaycan izi

Admin

Stadnik üç görüşə 33 xal toplayıb finala çıxdı

Admin

“Zirə” yeni futbolçu ilə müqavilə bağladı

Admin

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb – FOTO

Admin

Şərh yazın