Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

İğtişaşçılar ikimərtəbəli avtobusu qaçırıb ona od vurdular – VİDEO

Şimali İrlandiyada növbəti dəfə nümayişçilərlə polislər arasında toqquşmalar olub, etirazçılar avtobusu yandırıblar.

Bu barədə hadisələrin baş verdiyi inzibati ərazinin polis idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, paytaxt Belfastda nümayişçilər ikimərtəbəli avtobusu qaçırıb, daha sonra nəqliyyat vasitəsinin içinə yandırıcı mayenin olduğu butulkanı ataraq onu yandırıblar.

Qeyd edək ki, iğtişaşların səbəbi ölkə prokurorluğunun koronavirus qadağalarına məhəl qoymayan millətçi “Sinn Fein” partiyası üzvlərinə cinayət işi açmaqdan imtina etməsi olub.

Millətçi partiyanın üzvləri COVID-19 qadağalarına məhəl qoymayaraq kütləvi şəkildə ölkənin Birləşmiş Krallıqdan ayırmaq üçün mübarizə aparmış Bobbi Storinin məzarını ziyarət ediblər.

Kateqoriya üzrə digər xəbərlər

Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Admin

Polis sabiq deputatın qızını Türkiyədə tutdu

Admin

Tramp gileyləndi: “Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm”

Admin

Zərdabda evdən 25 min manatlıq oğurluq olub

Admin

Bakıda doqquzmərtəbəli binada intihara cəhd

Admin

Rusiya bu ölkəyə çoxlu tank və BRDM-lər verdi

Admin

Şərh yazın