Image default
HADİSƏ / CİNAYƏT TƏHSİL

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı – EKSKLÜZİV + VİDEO

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr – Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb.

217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

 

Kateqoriya üzrə digər xəbərlər

Britaniya parlamentinin deputatı cinsi təcavüz ittihamı ilə həbs olunub

Admin

Azərbaycana dəstəyə görə bizə təzyiq edildi – Nabiullin

Admin

Şəmkirdə taksi yük avtomobil ilə toqquşub, 5 nəfər xəsarət alıb

Admin

Azərbaycanda kişi qızını boğaraq öldürdü

Admin

Kürdə burulğana düşənlərin adları bilindi – YENİLƏNİB

Admin

Bakıda ər arvadını bıçaqladı

Admin

Şərh yazın