Image default
HÜQUQ

Hikmət Hacıyevdən Ermənistanla girovların dəyişdirilməsi məsələsinə REAKSİYA

“Pandemiya dövründə beynəlxalq ictimaiyyətə müraciət etməklə, humanist prinsiplərdən çıxış edərək, əsirlərin, girovların dəyişdirilməsi həyata keçirilməlidir. Amma Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 O qeyd edib ki, Azərbaycan “Hamının hamıya” prinsipinə sadiqdir:

“Biz “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktiv mövqe nümayiş etdirilmir.

Düşünürük ki, beynəlxalq aidiyyəti təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan strukturlar bu istiqamətdə əlavə səylər göstərəcək”.

Kateqoriya üzrə digər xəbərlər

Rusiyada həbs olunan şəxsə Gəncədə hökm oxundu

Admin

Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 il cəza istəyib

Admin

DSX-nin daha iki polkovniki həbs olunub?

Admin

Tofiq Yaqubluya hökm oxundu

Admin

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçiriləcək

Admin

Aygün Kazımova da hərbi xidmətə yazıldı – FOTO

Admin

Şərh yazın