Image default
AZƏRBAYCAN

Hikmət Hacıyev Ermənistan tərəfdən döyüşən muzdluların məxsus olduğu dövlətlərə müraciət etdi

Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanda xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olması ilə bağlı suala cavab verib.

O bildirib ki, əldə olan faktlar, dəlillər bizim beynəlxalq miqyasda olan tərəfdaşlarımıza təqdim edilib:

“Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Təkcə bu gün deyil, həmişə Ermənistan tərəf muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə edib. 

Hətta son dövrlərdə bir sıra dövlətlərdə, Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı gedən döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz bu kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur.

Bir məqamı da onların diqqətinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərinə gəlib Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən, kompatant anlayışını daşıyırlar və legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən də onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.

Kateqoriya üzrə digər xəbərlər

Sabah Milli Məclis toplanır: Səlimovun toxunulmazlığına xitam verilə bilər

Admin

Baş prokuror deputata vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi açılmasının səbəbini izah etdi

Admin

İraqdan Azərbaycana TƏBRİK

Admin

Qazaxıstanın gözü Naxçıvanda: Rusiya və İrana möhtac olmadan…

Admin

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı

Admin

Qüdrət Həsənquliyev: “Xalqımız ədalətin yanında olanları yaddan çıxarmayacaq”

Admin

Şərh yazın