Image default
SƏHİYYƏ

“Heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Koronavirusa yoluxan həkim FƏRYAD ETDİ

“Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm”.

Bunu Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev Feysbuk profilində yazıb.

Həkim statusunda bunları yazıb:

“Çox hörmətli dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.

Deməli, işlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə iki kişi xəstə var) və tualetin içinə nə gəldi atır. İş o həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Səsini atdı başına. Nə isə ki, mənə “erməni”yə qədər dedi. Dedim, düz deyirsən, mən “erməni” sən azərbaycanlıya üç aydır niyə baxıram ki, yoluxub bura gələm. Nə desən haqlısan…

Əl qərəz. Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm (şəhid ailələri və qazilərdən başqa).

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər vəfat edib

Admin

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan öldü – FOTO

Admin

Həkimdən xəbərdarlıq: “Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır”

Admin

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik”

Admin

Bu qidalar ölümə səbəb olur: uşaqların 4-8 faizi…

Admin

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma – FOTO

Admin

Şərh yazın