Image default
HADİSƏ / CİNAYƏT HÜQUQ

Hamilə arvadını dənizdə boğaraq öldürən şəxslə bağlı QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, A.Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2020-ci ilin avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü A.Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

A.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda 8-ci sinif şagirdini 38 yaşlı kişiyə ərə verdilər – FOTO

Admin

Azərbaycanda polis arvadını şöbədə güllələyərək öldürdü – RƏSMİ

Admin

Şəkidə keçmiş məhkumdan narkotik aşkarlandı

Admin

ABŞ-da qadın azaraq üç həftə kanalizasiya tunellərində qalıb

Admin

Bakıda tikinti şirkətindən qanunsuz addım: Dövlət qurumu hərəkətə keçdi – FOTO

Admin

Moskvada 17 yaşlı futbolçu öldü

Admin

Şərh yazın