Image default
AZƏRBAYCAN

Həsənlinin qızının videosunu dövlət orqanları çəkməyib – ONLAR CƏZALANDIRILACAQ

Azərbaycan cəmiyyətini sarsıdan və hazırda gündəmin əsas mövzusu olan intim video qalmaqalına dair bir sıra detallar ortaya çıxıb.

28 mart 2021-ci ildən etibarən Cəmil Həsənlinin qızı olduğu iddia edilən gənc bir xanımın intim videogörüntüləri ölkənin internet məkanında yayılmağa başlayıb. Məsələyə kəskin reaksiyalar verilib.

Milli Şuranın sədri, professor Cəmil Həsənli dərhal açıqlama verərək videodakı kadrların qızına aid olduğunu təsdiqləmiş və bu görüntülərin gizli kamera ilə çəkilərək yayılmasına görə Azərbaycan hakimiyyətini suçlamışdı.

Bir çox mənbələr milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümündə sanki düzünə qəsdlə, təhlükəsizlik orqanlarını hədəf göstərməklə belə iyrənc videonun yayılmasını birbaşa təxribat əməli hesab etdi.

Azərbaycan iqtidarının, onun müzəffər Prezidentinin reytinqinin ən yüksəkdə olduğu bir zamanda, müxalifət düşərgəsinə dialoq təkliflərinin edildiyi, yeni siyasi konfiqurasiyanın qurulduğu bir dönəmdə belə təxribat, heç şübhəsiz, dövlətə, onun siyasətinə qarşıdır.

Milli.Az Yeni Müsavat-a istinadən dövlətin önəmli və mötəbər qurumlarından verilən açıqlamaların ümumi məzmununu ifadə edir:

“Cəmil Həsənlinin qızı olduğu iddia edilən şəxsin intim görüntülərinin çəkilərək yayılmasının dövlət orqanlarına heç bir aidiyyəti yoxdur. Bu, ilk növbədə dövlətə, onun apardığı siyasətə, dialoq prosesinə və siyasi sistemlərin arasında yaranmaqda olan etibara zərbədir. Dövlətin heç bir strukturu bu çirkin əməldə yer almayıb. Hesab edirik ki, bunu Azərbaycana düşmənçilik edən şəxslər təşkil ediblər. Bu əməli törədənlər (yəni birinin intim həyatını çəkib yayanlar) tapılıb cəzasına çatdırılacaq”.

Qeyd edək ki, bu mövqeyi yaymağa hazırlaşdığımız bir zamanda Cəmil Həsənlinin qızı Günel Həsənlinin adından açıqlama yayılıb. Ailəyə yaxın mənbələrdən birinin “BBC News Azərbaycanca”ya verdiyi açıqlamaya görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib.

 

Kateqoriya üzrə digər xəbərlər

İcra başçısı özünə köməkçi təyin etdi

Admin

Bərdədə erməni terroru zamanı şəkilmiş şəkil ilin 100 görüntüsündən biri oldu – FOTO

Admin

Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”

Admin

Avstraliya İttifaqında Qarabağ həqiqətlərini yaymaq üçün yeni portal yaradıldı

Admin

Hikmət Hacıyev: “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”

Admin

Stokholmda Ermənistanın mina xəritəsini verməməsinə etiraz edildi – FOTO

Admin

Şərh yazın