Image default
HƏRBİ

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər – FOTO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları  qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Sonda məzunların  tribuna önündən təntənəli keçidi olub,  xatirə şəkli çəkdirilib.

 

Kateqoriya üzrə digər xəbərlər

Rusiya yeni nəsil “Armata” tanklarının ixracına başlayır

Admin

Erməni hərbçilərin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalar – VİDEO

Admin

Vətən müharibəsinin iştirak­çısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı – FOTO

Admin

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Admin

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi – VİDEO

Admin

Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?

Admin

Şərh yazın