Image default
HƏRBİ

Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanı keçiriləcək

Avqustun 4-də əsas tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) və hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Hər iki imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır.

İştirakçılar Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1 911 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Kateqoriya üzrə digər xəbərlər

Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə!

Admin

Türkiyə sərhədində ortalığı qarışdıracaq İDDİA – Görüntülər ortaya çıxdı

Admin

Türkiyə İran sərhədinə QOŞUN YERİTDİ: 20 min əsgər, PUA-lar…

Admin

Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var – RƏSMİ

Admin

Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq

Admin

Xankəndidə həyəcan siqnalı verilir – VİDEO

Admin

Şərh yazın