Image default
SƏHİYYƏ

Həkimlərdən HƏYƏCAN SİQNALI: Doğum evlərində tibbi personal süni qida şirkətləri ilə əlbir olub…

Erkin Rəhimov ölkədə baş pediatr oldunuz. Təbrik edirəm. Ümid edirəm ki, keçmiş baş pediatr Nəsib doktorun yolu ilə getməzsiniz. “Ana südü vacibdi” deyib rəhbərlik etdiyi xəstəxanada süni qida əlindən tərpənmək olmurdu. Siz də mənim qaldırdığım məsələni iki il əvvəl “reytinq xətrinə populist çıxış” adlandırmışdız. Siz bununla doğru olmayanı demişdiz. Mən isə doğru olanı. Özünüz də əla bilirsiniz ki, əksər doğum evlərində pul qarşılığında körpələrin ana südü haqqı satılır.

Bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.

Ana südünün süni qidalarla əvəzlənməsinə qarşı kəskin çıxışlar edən A.İsmayılzadə yeni təyin olunan baş pediatrdan bu məsələyə həssaslıq nümayiş etdirməsi üçün açıq müraciət ünvanlayıb:

“Ümid edirəm ki, məsələyə şəffaflıqla yanaşacaqsız və bu yolda olan neonatoloq dostlarınızın xətrini əziz tutmayacaqsız. Bir pediatr olaraq bu məsələnin vacibliyini bilirsiniz və baş pediatr olaraq bu qanun pozuntusu tərkibli səhiyyə məsələsinin bizim qədər əziyyət çəkmədən müvafiq müstəvilərdə həllinə nail ola bilərsiniz. Əlbəttə istəsəniz…

Bu arada qeyd edim ki, son vaxtlar klinikanızdan daha çox ana südü təbliği mesajları gəlir. Bunu sizə xoş olsun deyə demirəm. Nə deyirlər, onu da paylaşıram. İki il əvvəl də klinikanızla bağlı olanı demişdim. Hansısa həkimin, ya klinikanın hər hansı süni qida şirkətiylə sövdələşməsini işıqlandırmağa tələsmirəm. Əksinə, belə halların olmaması üçün mübarizə aparıram. Nə xoş olardı ki, doğum evlərindən gələnlər qayda-qanun nəyi tələb edirsə, o cür də münasibət gördüklərini deyərdilər. Müraciətimin sizə tez bir zamanda çatacağına əminəm. Körpələrimiz naminə, uğurlar!”

Xəstəxanaların süni uşaq qidalarının bazarına çevrildiyini deyən həkim bildirib ki, ağır səslənsə də, bu, acı reallıqdır: “Bu dedi mən 10 manat verirəm, o dedi 20 manat, bu dedi mən 30, o biri də dedi ki, həkimlərə maaş kəsirəm… Beləcə satıldı körpələrin ana südü haqqı. Vicdansızlar satdı. Zalımlara satdı… Ən çox pul verənlərə satdı… Hər kəs öz haqqını tələb edə bilir. Bəs körpələr öz süd haqqını necə tələb etsin? Biz vicdanını itirərək özunu kar, kor, lal kimi aparanlara tam sağlam olduqlarını xatırlatmalıyıq”.

Uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da məsələyə münasibət bildirib.

O, qeyd edib ki, Aytən həkim 2 ildir süni qidalar mövzusunu qaldırır: “Nədir bu Aytən xanımın qaldırdığı məsələ? Doğum evlərində tibbi personal süni qida şirkətləri ilə əlbir olub südü olan ananın körpəsini belə süni qidaya öyrəşdirirlər. Süni qidaya öyrəşən körpə bir daha ana südü istəməyəcək. Yəni ana südü ilə qidalana biləcək körpə qəsdən süni qidaya öyrəşdirilir. Bazar genişlənsin deyə. Sonra da deyirik, allergiya, astma, mədə-bağırsaq pozğunluqları, şəkər xəstəliyi niyə artır?! Buna görə artır. Bunda da bir körpənin gələcəyini 20 manata satan həkim dostlarımız iştirak edir. Ar olsun körpə haqqını satan həmkarlarıma! Aytən xanımı qoruyun, zira mütəşəkkil konsorsiumların işinə “mane” olduğu üçün nə pislik desən, edərlər ona”.

 

Kateqoriya üzrə digər xəbərlər

Vaksin ölümə səbəb ola bilərmi? – Professor açıqladı

Admin

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 509 yeni yoluxma – FOTO

Admin

Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı

Admin

Uşağın bronxlarından altı aydır orada qalan oyuncaq hissəsi çıxdı

Admin

Roza Zərgərli koronavirusa yolxudu

Admin

İtaliya klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

Admin

Şərh yazın