Image default
İDMAN

Həbib Nurməhəmmədov yeznəsinə rəqib kimi azərbaycanlı döyüşçünü tapdı – FOTO/VİDEO

MMA üzrə keçmiş döyüşçü Həbib Nurməhəmmədov yeznəsi Şamil Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Tərəflər artıq bu döyüş barədə razılığa gəlib.

Beləliklə, gələn ay 38 yaşını tamamlayacaq Şamil Zavurov karyerasının son döyüşünü 27 yaşlı Nərimana qarşı keçirəcək. Bu görüş Rusiyanın paytaxtı Moskvada sentyabrın 18-də olacaq. Bu döyüş Həbib Nurməhəmmədovun rəhmətə getmiş atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.

“Dağıstan aslanı” adlandırılan Şamil Zavurov həm də Həbib Nurməhəmmədovun sahibi olduğu EFC-nin (Eagle Fighting Championship) prezidentidir. O, MMA döyüşçüsü kimi indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Zavurov bu il artıq iki görüş keçirib və qələbə qazanıb.

Qeyd edək ki, Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Night” təşkilatına məxsus kəmərin sahibidir. O, iki dəfə bu kəməri uğurla müdafiə edib.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Məşqdə huşunu itirən 18 yaşlı macar futbolçu öldü – FOTO

Admin

Klublararası dünya çempionatında “Bayern”in rəqibi bəlli oldu

Admin

Mirça Luçesku Messi ilə Ronaldunu müqayisə etdi

Admin

“Qarabağ”ın rəqibində iki futbolçu koronavirusa yoluxdu

Admin

Rusiyalı idmançı qadağan olunmuş zərbəyə görə çempionluq titulundan məhrum edildi – VİDEO

Admin

Mbappe koronavirusa görə “Real”a keçməyəcək

Admin

Şərh yazın