Image default
İQTİSADİYYAT

Güzəştli mənzillərin satışı ilə bağlı rəqəmlər AÇIQLANDI – FOTO

Hövsan Yaşayış Kompleksində yerləşən 2 962 mənzildən 2 569-nun rəsmiləşdirilməsi başa çatıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən əldə etdiyi məlumata əsasən, onların 1 391-i “güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i dövlət sifarişi əsasında rəsmiləşdirilib.

“Güzəştli mənzil” sistemi vasitəsilə rəsmiləşdirilən mənzillərin ödənişi 1 271-i ipoteka krediti hesabına, 120-i vətəndaşın öz vəsaiti hesabına təmin edilib.

Həmçinin, Hövsan Yaşayış Kompleksində gözləmə qaydasında 97 vətəndaş mənzil sahibi olub.

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edənlərin 34,7 faizi ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan respublikasının hərbi qulluqçuları, 15,2 faizi ən azı 15 il dövlət ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər, 13,3 faizini ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxsləri təşkil edib.

“Güzəştli mənzil” sistemi vasitəsilə vasitəsilə mənzil əldə edənlərin böyük qismini 22-35 yaş arası şəxslər təşkil edib, onlar 852 mənzil əldə ediblər. 36-50 yaş arası şəxslər tərəfindən 320 mənzilin, yaşı 50-dən yuxarı şəxslər tərəfindən isə 219 mənzilin alışı həyata keçirilib.

Kateqoriya üzrə digər xəbərlər

Yanvar ayı üzrə pensiyaların ödənişinə başlandı

Admin

Şəhid ailələrinə verilən təqaüd xanımına, yoxsa valideynə düşür?

Admin

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü

Admin

Azərbaycan Dünya Bankının kreditindən imtina etdi – RƏSMİ

Admin

Fenq-şui qaydalarına əsasən VARLANMAĞIN SİRLƏRİ

Admin

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısında

Admin

Şərh yazın