Image default
BÜRCLƏR

Gündəlik Bürclər – 03.01.2021 (03 Yanvar 2021 Günlük Bürclər)

Qoç – yaşlı qohumlarla münasibətlərdə problem yarana bilər. Əvvəlki fikir ayrılıqları ciddiləşir. Səfər, səyahət, nəqliyyat vasitəsi almaq fikrindən vaz keçin. Kiçik maliyyə itkiləri istisna deyil. Gözlənilən gəlirlər gecikir.

Buğa – mühüm məsələlərə cavab tapmağa çalışın. Əldə edəcəyiniz informasiya gözlənilməz, maraqlı, hətta heyrətamiz olacaq.

Əkizlər – yalnız bir müddət sonra bu məlumatın faydalı olduğunu anlayacaqsınız. Sərfəli anlaşma, yaxşı sifarişin alınması mümkündür. Borc almaq olar.

Xərçəng – yaxınlarınızla münsibətlər birmənalı deyil. Sevdiyiniz insanla belə, qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Mənasız və önəmsiz məsələlərə görə mübahisə etməyin. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Şir – yeni məlumatlar və maraqlı ideyalar vəd edən gündür. İdeyaları reallaşdırmağa başlasanız, bundan sonrakı bir neçə ayda durumunuz stabil ola bilər.

Qız – İntuisiyanız kəskin olmalıdır. Qəribə davranışlara, qəfil sözlərə, yaxın ətrafınızdakı insanların maraqlarına və niyyətlərinə fikir verin.

Tərəzi – az sonra baş verəcək hadisənin ərəfəsindəsiniz. Yaşamınızda önəmli dəyişikliklər istisna deyil. Hadisələr gözlədiyinizdən də sürətlə inkişaf edir.

Əqrəb – sayıq olun, dürüst addımlar atın. Axşam saatlarında təriflənəcəksiniz.

Oxatan – maraqlı və mühüm işlə məşğul olmağa başlasanız, gün pis keçməyəcək. İradəli, əzmkar, qətiyyətli olun. Bədxahlarla toqquşma istisna deyil. Onlarla yumşaq, həlim davranmayın.

Oğlaq – yaşam arealında dəyişikliklər və yeniliklərə başlamaq olar. İntuisiyanız güclüdür və yaxınlarınızı narahat edən suallara məhz onun sayəsində cavab tapacaqsınız.

Dolça – məsləhətləriniz pis deyil. Fəqət, yaxın ətrafınızdakı insanlar sizi dinləmək istəmirlər. Ünsiyyət üçün əlverişli zamandır.

Balıqlar – çətin qərarlar qəbul etməlisiniz. Düşünmək üçün vaxt azdır. Nə istədiyinizi bilin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Səhv ehtimalını minimuma endirin.

Kateqoriya üzrə digər xəbərlər

Gündəlik Bürclər – 24.07.2020 (24 İyul 2020 Günlük Bürclər)

Admin

Gündəlik Bürclər – 19.06.2020 (19 İyun 2020 Günlük Bürclər)

Admin

Gündəlik Bürclər – 25.07.2021 (25 İYUL 2021 Günlük Bürclər)

Admin

Gündəlik Bürclər – 06.06.2021 (6 May 2021 Günlük Bürclər)

Admin

Gündəlik Bürclər 04.09.2021 (4 SENTYABR 2021 Günlük Bürclər)

Admin

Gündəlik Bürclər 28.08.2021 (28 AVQUST 2021 Günlük Bürclər)

Admin

Şərh yazın