Image default
SƏHİYYƏ

Gözəlliyinizin keşiyində dayanan ən effektli bitki yağları

Kokos yağı qədim zamanlardan bəri gözəllik sektorunda geniş istifadə olunur. Deyilənlərə görə, Misir kraliçası Kleopatra dərisinin gözəlliyini həm də kokos yağına borclu olub. Əsrlərdir bu yağ populyarlığını qoruyub saxlayır, həm üz, həm də bədən üçün nəmləndirici, qidalandırıcı və qocalma əleyhinə kosmetik məhsullarda, saç baxımında istifadə olunur.

Kokos yağı tamamilə təbii məhsuldur. O, kokosun təzə meyvəsinin sıxılması yolu ilə əldə olunur. Yağ qeyri-adi dərəcədə bitki turşuları ilə zəngindir – laurik, oleik, mirist, palmitik, kaprik və bir sıra digər faydalı turşular. A, E, B1, B2, B3, K və C vitaminləri, dəmir, kalsium, fosfor və digər makro, mikroelementlərdən ibarətdir.

Zəngin tərkibi sayəsində dərini intensiv şəkildə nəmləndirməyə və qidalandırmağa, quruluq, qabıqlama və qıcıqlanma ilə mübarizə aparmağa imkan verir. Bitki turşularının bolluğu isə təbii liftinq təsiri göstərir. Onun əsas xüsusiyyətlərindən biri dəri hüceyrələrinin yenilənməsinə səbəb olan metabolik prosesləri stimullaşdırmaq qabiliyyətidir. Kokos yağı adətən göz ətrafı üçün nəzərdə tutulan kremlərin tərkibində də olur və dərini qıcıqlandırmır. Yağlı və sızanağa meyilli dəri tipiniz varsa, tərkibində kokos yağı olan kosmetik məhsullarda diqqətli olmalısınız – yağ komedogen təsir göstərir və yeni iltihablara səbəb ola bilər.
Dəriyə qulluqda kokos yağı yaxşı effekt göstərir: mükəmməl şəkildə dərini qidalandırır, nəmləndirir, quruluqdan qoruyur və qabıq verməsinin qarşısını alır. Xüsusilə mütəxəssislər dirsəklər və ayaqlar kimi ən quru nahiyələr üçün kokos kremini tövsiyə edirlər: yağ çox quru dərini belə intensiv şəkildə bəsləyir və mükəmməl yumşaldır.

Kateqoriya üzrə digər xəbərlər

SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq – RƏSMİ + VİDEO

Admin

Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? – AÇIQLAMA

Admin

15 yaşlı Hidayətin köməyə ehtiyacı var – FOTO

Admin

Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü: 421 yeni yoluxma – FOTO

Admin

Oğuzda 60 nəfər zəhərləndi

Admin

Dördəmlərin anası: “Övladlarımı hələ görməmişəm” – FOTO

Admin

Şərh yazın