Image default
HADİSƏ / CİNAYƏT

Goranboyda gənc qız itkin düşüb – FOTO

Goranboyda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – mətbuat xidmətindən bildirilib.

 

Kateqoriya üzrə digər xəbərlər

Balakəndə çətənə becərən qohumlar tutuldu – FOTO

Admin

Jurnalist canlı yayımda polis tərəfindən atəşə tutuldu – VİDEO

Admin

Azərbaycanda İNANILMAZ HADİSƏ – Qonşular hücum edib qadını bıçaqladı

Admin

Rövşən Əkbərovun həbs səbəbi rəsmən elan edildi

Admin

Bakıda bir nəfər intihara cəhd etdi

Admin

ABŞ-da məktəbdə əl qumbarası partladı: Yaralılar var

Admin

Şərh yazın