Image default
HADİSƏ / CİNAYƏT

Gəncədə Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxslər SAXLANILDI – FOTO/VİDEO

Sentyabr ayının 20-i gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Recep Pehlivan Mustafa Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, Ağstafa rayon Qırlı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunan Rasim Tağıyev, həmyerlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqovla birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Receb Pehlivan Mustafanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar.

Daha sonra K.Abbasov əlindəki vintaçan ilə onu öldürəcəyi ilə hədələyən zaman R.Tağıyev onun cibindən 420 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar.

Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Kateqoriya üzrə digər xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi – FOTO

Admin

Bakıda dəhşətli yol qəzaları – Ölənlər var

Admin

Azərbaycanda vəzifəli şəxslər 8,5 milyon manat mənimsədi, cinayət işi açıldı – RƏSMİ

Admin

Azərbaycanda sabiq nazirin həbsi rəsmən təsdiqləndi

Admin

Abşeronda 24 yaşlı fəhlə hündürlükdən yıxılaraq öldü

Admin

FHN: “15 nəfər xilas edilib, dörd meyit aidiyyəti üzrə təhvil verilib”

Admin

Şərh yazın