Image default
HADİSƏ / CİNAYƏT

Gəncədə qohumlar arasında dava – ÖLƏN VAR (YENİLƏNDİ)

Gəncə şəhərində mülk üstə düşən mübahisə zamanı dünyasını dəyişən şəxsin ölüm səbəbinin infarkt olduğu məlum olub.

Şəhərin Bayan küçəsi 110 ünvanında baş vermiş ailə daxili mübahisə zamanı, 1968-ci il təvəllüdlü Əlixan Cəfərov dünyasını dəyişib. Onun qardaşı ilə mübahisə zəminində öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində ürək xəstəsi olan Ə.Cəfərovun həyəcan və əsəbdən infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, ailədə mülk üstə mübahisə yaşanıb və məhrumun sərxoş olan qardaşı ilə ailə üzvləri arasında mübahisə yaşanıb.

Faktla bağlı araşdırma davam edir. (Report)

 

xxx

Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.

Publika.az xəbər verir ki, şəhərin Bayan küçəsi 110 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Əlixan Cəfərov sərxoş qardaşı ilə mübahisə edib və o, vaxt yumruq və təpik zərbələri alıb. Bundan sonra Ə.Cəfərovun halı pisləşib və yerindəcə vəfat edib.

Mübahisə zamanı məhrumun övladları, Sərxan və Elxan da üz nahiyəsindən xəsarətlər alıb. Onlara da əmiləri tərəfindən xəsarət yetirildiyi bildirilir.

Qonşuların sözlərinə görə, qardaşlar arasında mübahisə mülk üstündə yaranıb. Onlar əvvəllər də mübahisə ediblər.

Ə.Cəfərovun ölüm səbəbini öyrənilməsi üçün meyti məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda qardaşını bıçaqlayıb öldürən şəxs tutuldu

Admin

Bakıda 7 yaşlı uşaq qardaşını öldürdü

Admin

Qazax sakinindən silah tapıldı – FOTO

Admin

Gəlin toyu ərəfəsində amansızlıqla qətlə yetirildi – FOTO

Admin

Bakıda karantin qaydalarını pozan masaj salonu aşkar edildi

Admin

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO/VİDEO

Admin

Şərh yazın