Image default
HADİSƏ / CİNAYƏT

Gəncədə mağazanı yardılar: Oğurluq edənlər “iş başında” saxlanılıb – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər oğurluq edərkən  yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə təqdim edilib.

Araşdırmalar zamanı O. Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib. Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.

 

Kateqoriya üzrə digər xəbərlər

Masallıda dəhşətli hadisə: 55 yaşlı kişinin yanmış meyiti tapıldı

Admin

Meyitxanaya aparılan uşaq yolda “dirildi”

Admin

Bakı aeroportunda qadının çantasından dünyanın ən təhlükəli narkotiki çıxdı

Admin

Bakıda ata oğlu tərəfindən döyülərək ağır xəsarət alıb

Admin

Bakıda 28 yaşlı gənci döyərək öldürdülər – Cinayət işi + VİDEO

Admin

Yevlaxda narkotacir tutuldu – FOTO

Admin

Şərh yazın