Image default
HADİSƏ / CİNAYƏT

Gəncə hadisəsinin şahidləri dəhşətli gecədən danışdılar – VİDEO

Bu gün − oktyabrın 4-də Ermənistan ordusunun Gəncədə mülki əhalini raket atəşinə tutmasından 1 il ötür. Ordumuz cəbhədə ard-arda qələbələr qazandıqca Ermənistan hakimiyyəti də məğlubiyyətin əvəzini mülki əhalidən çıxmağa cəhd göstərirdi. Bununla da onlar Azərbaycan Ordusundan fərqli olaraq, mübarizəni döyüş meydanında yox, mülki əhaliyə qarşı çirkin əməllər törətməklə aparmağa başlayırlar.

Bunun nəticəsidir ki, Ermənistan silahlı qüvvələri ölkənin ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirməyə başlayır. Mərmilər mülki vətəndaşların yaşadıqları evləri tamamilə dağıdıb. Atılan mərmilərdən biri isə Əli Nəzmi küçəsində 12 ailənin yaşadığı binaya tuş gəlib. Həmin gün Gəncə yaddaşlardan silinməyən dəhşətli mənzərələrə şahidlik edib. Uşaqlar, qadınlar dağıdılan evlərin içərisindən bir-birinin ardınca çıxarılmağa başlayır. Bu gün də erməni terrorunun, vandalizminin izləri qalmaqdadır. Evləri dağıdılan mülki vətəndaşlar isə hər gün buralara gəlir, o dəhşətli günləri yenidən xatırlayır.

Oktyabrın 4-ü düşmən qısa fasilələrlə bir-birinin ardınca Gəncəni raket zərbələri ilə hədəfə alır. İlk mülki şəhidimizi də Əziz Əliyev küçəsinin raket atəşinə tutulması zamanı veririk. Atılan raketlərdən biri 21 yaşlı Tunar Əliyevin idarə etdiyi avtomobillə həmin ərazidə hərəkətdə olan zaman onun yaxınlığına düşür. Bütün yardımlara baxmayaraq, Tunar Əliyev erməni terrorunun qurbanı olur.

Qeyd edək ki, 4 oktyabr tarixində Gəncə şəhərinə atılan raketlər zamanı 1 mülki şəxs dünyasını dəyişib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 34 ev tamamilə dağılıb, 100-dən artıq yaşayış evinə ziyan dəyib.

Heç kimə sirr deyil ki, düşmənin bu iyrənc təxribatlarının arxasında bir məqsəd olub: insanları qorxutmaq, hərbi əməliyyatları dayandırmaq. Lakin düşmən bu istəyinə nail ola bilmədi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün ərzində düşmənə döyüş meydanında layiqli cavab verdi. Bununla da Azərbaycan bir daha sübut etdi ki, ordumuz Ermənistan hakimiyyətindən fərqli olaraq düşmənlə yalnız döyüş meydanında mübarizə aparır.

Kateqoriya üzrə digər xəbərlər

Türkiyədə sərnişin avtobusu aşdı: 14 nəfər öldü

Admin

Oğuzda kombayn və taxıl zəmisi yandı

Admin

Ağsu sakinindən “patı” götürülüb – FOTO

Admin

Azərbaycanda çörək sexi rəhbərini cərəyan vuraraq öldürdü

Admin

Ölkə ərazisinə 350 bıçağın keçirilməsinin qarşısı alındı – FOTO/VİDEO

Admin

Anarı öldürən şəxs görün kim imiş – ŞOK DETALLAR

Admin

Şərh yazın