Image default
SƏHİYYƏ

Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək:

“Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır”.

Kateqoriya üzrə digər xəbərlər

Peyvənd bizi nə qədər müddətə qoruyacaq?

Admin

Baş nazirdən kimyəvi silahın məhv edilməsi ilə bağlı QƏRAR

Admin

Azərbaycanda bu kənddə koronavirusa KÜTLƏVİ YOLUXMA: İki qardaş öldü

Admin

Bakı kəndlərində üç uşağı ilan sancıb – RƏSMİ

Admin

Prezidentin həkimi ŞOK NÜANSLARI AÇDI: Koronavirusa daha çox kişilər niyə yoluxur?

Admin

Mişustin fərman imzaladı: bu tibb işçilərinin 1 günü 2 gün sayılacaq

Admin

Şərh yazın