Image default
HADİSƏ / CİNAYƏT

Füzulidə sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Report”un yaydığı məlumata görə, sürücü avtomobili ilə Ceyhun Quliyevi vurduqdan sonra yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.

Kateqoriya üzrə digər xəbərlər

Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs tutuldu – FOTO

Admin

Ağ Evin iki kilometrliyində atışma olub

Admin

Onunla zarafatlaşan dostunu yandıraraq qisas aldı – VİDEO

Admin

Düşmənin artilleriya atəşinə tutduğu Bərdədə bir nəfər mülki şəxs həlak olub – FOTO

Admin

Bakı-Quba yolunda yük maşınlarının sürücülərinin özbaşınalığına niyə göz yumulur? – YENİLƏNİB + VİDEO

Admin

Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı

Admin

Şərh yazın