Image default
İDMAN

Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı

Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

Yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib – dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda),   Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

Kateqoriya üzrə digər xəbərlər

“Qarabağ” Varşavada Polşa çempionuna qarşı – AFİŞA

Admin

Azərbaycanın tanınmış idmançısı orduya qoşuldu – FOTO

Admin

Arvadının məşuqunu öldürüb 8 hissəyə parçaladı – FOTO

Admin

Rafael Ağayevin Olimpiadadakı rəqibləri bilindi

Admin

Millimizin futbolçusu Bakıya gəlməkdən imtina etdi

Admin

Braziliya millisində zədələnən Neymar 2022 Dünya Kuboku seçmə mərhələsinin oyunlarında iştirak etməyə bilər

Admin

Şərh yazın