Image default
HADİSƏ / CİNAYƏT

FHN Masallıdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas olunub, Masallı rayonunun Mahmudavar kəndində özünü su quyusuna atmış 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti yanğınsöndürən-xilasediciləri tərəfindən dərinliyi, təqribən, 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kateqoriya üzrə digər xəbərlər

Gecə saatlarında dəhşətli cinayət – Bıçaqlayaraq öldürdülər

Admin

Samuxda ev yanıb

Admin

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs tutuldu – FOTO

Admin

Azərbaycanda tələbə qız intihar etdi

Admin

Bakıda ev yanıb

Admin

Çində bina çokdü: Ölənlər var

Admin

Şərh yazın