Image default
HADİSƏ / CİNAYƏT

Fermalardan oğurluq edərək Bakıya əylənməyə gələn şəxslər SAXLANILDI – FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fermalardan xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.

Cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri olan Musa Şirinov, Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları Salyan və Ağdaş rayonlarındakı mal-heyvan bazarlarında satdıqları məlum olub. Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Kateqoriya üzrə digər xəbərlər

Zaqatalada keçmiş məhkumda metamfetamin aşkarlanıb

Admin

Bakıda ər həyat yoldaşının ölümünə səbəb oldu – FACİƏVİ HADİSƏ

Admin

Gecə saatlarında dəhşətli cinayət – Bıçaqlayaraq öldürdülər

Admin

Son dövrlər qadınlara qarşı zorakılıqların sayı hansı səbəbdən artıb? – Ekspertlər AÇIQLADI

Admin

Rusiyada bazara qumbara atdılar: yaralılar var

Admin

Şəmkirdə ana-balanı bıçaqlayan şəxslər ələ keçdi – FOTO/VİDEO

Admin

Şərh yazın