Image default
DİNİ

Fərid Novruzi Operativ Qərargaha səsləndi: Məscidlərlə bağlı qərarı dəyişin

Hörmətli Nazirlər Kabineti Yanında Operativ Qərargah üzvləri, sizdən məscidlərlə bağlı qəbul etdiyiniz qərarda dəyişiklik etmənizi xahiş edirəm. Məscidlərdə ibadət edən insan sayını 50 nəfər deyil, adi vaxtlardan fərqli olaraq 50%-dən çox olmamaq şərti ilə toplana bilər kimi dəyişəsiniz. Çünki böyük məscidlərə haqqsızlıq olur, misal üçün: Dadaş və İlahiyyət məscidlərində 50 nəfər və onlardan on dəfə böyük olan Heydər məscidi və Göy məscidlərində də 50 nəfər ibadət edə bilər, bu, ədalətli deyil.

Bunu səyyah Fərid Novruzi deyib.

Uzun müddətlik fasilədən sonra ilk dəfə cümə namazı qılmaq üçün məscidə gedən səyyah xoşagəlməz situasiya ilə qarşılaşıb:“Bu gün Göy məsciddə xoşagəlməz səhnə baş verdi, Cümə xütbəsi vaxtı polis işçiləri məscidə daxil olaraq adam sayını yoxlayırdı və bir az çox adam görüb, namazdan sonra QMİ sədrinin birinci müavini Hacı Salmana öz etirazını bildirdilər. Əlbəttə ki, polis əmrə tabe olan bir qurumdur, onlarla mübahisə edilməz, öz işlərini görürlər. Yalnız çöldə durub, öz rabitə qurğularının səsləri ilə bizim Allah ilə qurduğumuz rabitəni pozmasaydılar, daha yaxşı olardı, amma olan oldu. Şəkildə gördüyünüz kimi, məsciddə insan demək olar ki çox az idi, çünki, Göy məscidə normalda 3000 adam rahat sığışa bilir və 80 nəfər belə toplansa, ora yenə də boş görünəcək. Bu səbəbdən öz qərarınızı bir daha gözdən keçirməyinizi və necə ki avtobuslarda, metroda, restoranlarda, stadionlarda eyni ilə məscidlərdə karantin dövründə insanların toplanıb, bir nəfərdən bir dayanıb ibadət etməsinə və məscidin namaz qılınan ərazisinin 50%-dən çox tutulmaması şərti ilə icazə vermənizi rica edirəm.

Kateqoriya üzrə digər xəbərlər

Oruc tutmaq koronavirusa yoluxma ehtimalı artırır? – VİDEO

Admin

Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA – VİDEO

Admin

Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”

Admin

Yeni şura yaradıldı: Şeyx sədr seçildi

Admin

Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi – FOTO

Admin

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Admin

Şərh yazın