Image default
HƏRBİ

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı – FOTO

Bu gün Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Dövlət Sərhəd Xidmətinin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış aparılıb.

 

Kateqoriya üzrə digər xəbərlər

“Caliber” Azərbaycan Ordusu vertolyotlarının hücumunun eksklüziv kadrlarını göstərdi – VİDEO

Admin

Hərbçilərimizin Türkiyədəki təlimindən görüntüləri – VİDEO

Admin

Yunanıstan əsgərlərini geri çəkməyəcək – Türkiyəyə SƏRT MESAJ

Admin

Ordumuzun cavab zərbəsi: Erməni hərbçi başından vuruldu

Admin

Sərhəddəki ermənilərə yardım edən lobbi – Xəbərlərin 13:00 buraxılışı

Admin

Azərbaycanlı hakerlər Ermənistan Silahlı Qüvvələrinin kapitanının sənədlərini ələ keçirdi – FOTO

Admin

Şərh yazın