Image default
HƏRBİ

Ermənistanın xüsusi xidmət orqanları azərbaycanlı əsgərə hücum etmiş erməni hərbi qulluqçularını axtarır

Ermənistan Milli təhlükəsizlik xidmətinin Sərhəd qoşunları Azərbaycan sərhədçisinə hücum edən hərbi qulluqçunun şəxsiyyətini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycan Dövlət Sərhəd Xidməti sərhəd postlarından birinə hücumla bağlı Ermənistan tərəfinə məlumat verib.

Xatırladaq ki, 25 avqust tarixində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun hücumuna məruz qalıb.

S.Ruslan əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Kateqoriya üzrə digər xəbərlər

Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”

Admin

Həmin postlarda ciddi insidentlər qeydə alınıb – Vaqif Dərgahlı

Admin

Rəsmi Bakıdan düşmənin Tərtəri atəşə tutması ilə bağlı AÇIQLAMA

Admin

Pentaqon iğtişaşlara görə Vaşinqtona 1 600 hərbçi göndərdi

Admin

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

Admin

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir – RƏSMİ

Admin

Şərh yazın