Image default
HƏRBİ

Ermənistandan növbəti rüsvayçı addım: Qadınlar kişilərin getməyə qorxduğu döyüş postlarında dayanacaq

44 günlük müharibədə rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan darmadağın olan “ordu”sunu “dirçəltmək” üçün hər yola əl atır.

Hər nə qədər etiraf etməsələr də, orduda canlı qüvvə baxımından çatışmazlıqlar demək olar ki, pik həddə çatıb. Bunu Ermənistan hökumətinin atdığı addımlar da təsdiqləyir.

Hətta öz sərhədlərini belə qorumaqdan aciz olan ermənilər son olaraq ehtiyatda olan hərbi qulluqçuların təlim adıyla toplanışının keçiriləcəyini açıqlamışdı. Bu açıqlamada vurğulanırdı ki, onlar “ehtiyac olacağı” təqdirdə döyüş postlarında növbətçiliyə cəlb olunacaqlar. Təbii ki, burada “ehtiyac olacağı halda” sözünün, əslində “ehtiyacımız var” şəklində oxunmalı olduğunu rahatlıqla anlamaq olar.

İlk növbədə ona görə ki, müharibə zamanı Ermənistan ordusu canlı qüvvə baxımından rəsmi açıqlanan rəqəmlərdən qat-qat ağır itkilərə məruz qalıb. Onsuz da əhalisinin sayı sürətlə azalan, vətəndaşları aclıq və səfalət səbəbilə xaricə axışan Ermənistanda müharibədən sonra fərariliklə bağlı həbs edilənləri, darmadağın edilmiş orduda xidmət üçün yeni kadrların cəlb edilməsində yaranmış narazılıqları da nəzərə alsaq, o zaman bu ehtiyacın artıq acizliyə çevrildiyini görə bilərik.

Ermənistan hökuməti bu vəziyyətdən çıxış yolu kimi indi də erməni qadınları orduya cəlb etməyi planlaşdırır. Rəsmi İrəvanda erməni kişilərin qoyub qaçdığı postları öz qadınlarına əmanət etmək fikrinə düşüblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu addım silahlı qüvvələrdəki islahatlar fonunda atılır. Nikol onu da əlavə edib ki, ölkə əhalisinin böyük hissəsini qadınlar təşkil edir və onların imkanlarından kifayət qədər istifadə etməmək ölkənin inkişaf potensialının hədər olması anlamına gəlir.

Göründüyü kimi, erməni lider çox rahatlıqla sadəcə sayları çox olduğu üçün qadınları döyüş postlarına göndərməyi məqbul saydığını böyük rahatlıqla açıqlayır. Əslində isə o, bu sözlərlə ölkəsinin və ordusunun düşdüyü acizliyi etiraf etmiş olur. Paşinyan istəmədən açıq-aşkar bəyan edir ki, Ermənistanda orduya cəlb ediləcək kişi qalmayıb.

Ermənilər öz qadınlarının potensialından maksimum istifadə etməkdə qərarlı ola bilər, bunu artıq Qarabağda sülhməramlılarla yaxınlıq qurmuş erməni qadınlarla bağlı bir neçə nümunədə görmüşük. Ancaq unutmaq olmaz ki, onsuz da artıq “orducuq” statusunda olan Ermənistan silahlı qüvvələrinin “dirçəlməsi” üçün sadəcə qadınlardan istifadə kifayət etməyəcək.

Müzəffər Azərbaycan ordusu məhv etdiyi terrorçularla birgə onların “yenilməz ordu” mifini də torpağa gömüb. Ona görə d, Ermənistan hökuməti və Müdafiə Nazirliyi öz qadınlarını qabağa vermək və xalqını islahat adıyla aldatmaq əvəzinə, gərək öz cəfəng bəyanatlarından əl çəksin və mövcud reallığı dərk etsin. Əks halda kişilərin dayanmağa qorxduğu postları qadınlarla doldurmaqla Ermənistan öz tarixi üçün növbəti rüsvayçılığa imza atacaq…

Kateqoriya üzrə digər xəbərlər

İsrail xüsusi xidmətinin keçmiş rəhbəri: “İlham Əliyev heç kimin bacarmadığını etdi” – VİDEO

Admin

Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib – RƏSMİ

Admin

İŞİD-in İraqdakı qanadının rəhbəri zərərsizləşdirilib

Admin

Ermənistanda əsgərlər hərbi hissədən qaçdı

Admin

Müharibə təhlükəsi artır – Sərhədə ağır texnika yeridildi

Admin

Şəhid Elməddin Həsrətovun nəşi ailəsinə təhvil verilib – FOTO

Admin

Şərh yazın