Image default
DÜNYA

Ermənistan parlamentinin ilk iclasında deputatlar mübahisəyə qalxdı: Həsənov iclasa fasilə verdi

Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə “Sputnik Ermənistan” yazıb.

Parlamentin ilk iclasında artıq deputatlar arasında gərginlik yaranıb. Belə ki, müxalif “Ermənistan” bloku həbsdə olan deputatları Mxitar Zakaryan və Artur Sarkisyanla bağlı mübahisə yaradıb. “Ermənistan” blokunun nümayəndələri bildiriblər ki, iki parlamentarinin həbs olunduğu şəraitdə hər hansı bir səsvermə keçirilə bilməz. Bundan əlavə qanunverici orqanın qərarı olmadan deputatların həbs edilməsi qəbuledilməzdir.

Həbsdə olan deputatların iştirakının təmin edilməsi məsələsində “Mənim şərəfim var” bloku da “Ermənistan” blokunu dəstəkləyib.

Çoxluq təşkil edən “Vətəndaş sazişi” Partiyasının nümayəndəsi Vladimir Vardanyan isə sözügedən qərarın deputatların mandat əldə etmədən əvvəl verildiyini qeyd edib.

Bu zaman erməni deputatlar bir-birinə qarşılıqlı irad tutublar. İclasa rəhbərlik edən Knyaz Həsənovun müzakirələri davam etdirmək cəhdi də uğursuz olub. Buna cavab kimi müxalifət nümayəndələri əlləri ilə stollara vurmağa başlayıb və bununla etirazlarını bildiriblər. Nəhayət “Ermənistan” blokunun təmsilçiləri spiker olmadığı üçün iclası idarə edən ən yaşlı deputat Knyaz Həsənovdan (kürd əsilli) 20 dəqiqəlik fasilə istəyiblər və sonuncu onların istəyini yerinə yetirməyə məcbur olub.

Qeyd edək ki, iclasda daha bir qalmaqal da yaşanıb. Belə ki, Knyaz Həsənov deputatların adlarını oxuyarkən səssiz qalan “Ermənistan” bloku yalnız həbs olunan Mxitar Zakaryan və Artur Sarkisyanın adı çəkilərkən ayağa qalxıb və alqışlarla etiraz bildirib.

Sözügedən deputatlar dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Kateqoriya üzrə digər xəbərlər

Rusiya III Dünya müharibəsi başlada bilər

Admin

Hindistanda faciə: Yük maşını yatan insanların üstünə aşdı

Admin

Co Bayden: “Bir neçə günə ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyona çatacaq”

Admin

Şoyqu Bakıya gəldi

Admin

Çin buna görə 10 trilyon dollar ödəməli və… – Trampdan SƏRT ÇIXIŞ

Admin

Barak Obamanın nənəsi vəfat edib

Admin

Şərh yazın