Image default
AZƏRBAYCAN DÜNYA

Ermənistan parlamentində Azərbaycan Prezidentinə görə dava düşdü – FOTO

Ermənistan parlamentində dava düşüb.

“Ermənistan” blokunun üzvü Seyran Ohanyanla spiker Alen Simonyan fasilə zamanı mübahisə edib. Daha sonra “Şərəfim var” blokunun üzvü Anna Mkrtçyanın çıxışı hakim bloku deputatları tərəfindən qəzəblə qarşılanıb.

Anna Mkrtçyan Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında geri çəkilməkdə, Azərbaycan liderinin Zəngəzur və İrəvanla bağlı fikirlərinə heç bir cavab verməməkdə, qorxaqlıqda ittiham edib.

Zalda olan Paşinyan deyilənlərə heç bir reaksiya verməsə də, hakim partiyanın deputatlarının sərt reaksiyasından sonra səs-küy başlanıb.

“Ermənistan” və “Şərəfim var” blokunun üzvləri Paşinyana sərt suallar ünvanlayıb və onu xəyanətdə ittiham ediblər. Ardınca hakim partiyanın deputatları onlara yerlərindən cavab verib.

Spikerin göstərişi ilə təhlükəsizlik işçiləri zala daxil olub və müxalif deputat Anna Mkrtçyanı çıxarmağa çalışıb. Bundan sonra dava başlayıb. Qarşıdurma nəticəsində müxalifətçi deputat Artsvik Minasyan xəsarət alıb, onun köynəyi cırılıb. Müxalif deputatlar “xain Nikol” şüarları səsləndirib.

Baş verənləri lentə alan jurnalistlər də təzyiqə məruz qalıb.

Kateqoriya üzrə digər xəbərlər

Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi – VİDEO

Admin

TƏCİLİ: Mnatsakanyan İSTEFA VERDİ – FOTO

Admin

Nazir Niyaməddin Əliəhmədovu rəis müavini təyin etdi

Admin

Tramp yanlışlıqla Makronu baş nazir adlandırdı

Admin

Deputatlar Eldəniz Səlimova görə toplaşır

Admin

ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb

Admin

Şərh yazın