Image default
HADİSƏ / CİNAYƏT İDMAN

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti həbs olunur

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın adı axtarışda olan şəxslərin siyahısına salınıb.

Bu barədə 57 yaşlı funksionerin vəkili Amran Makinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, müvəkkilinin yeri məlum olsa da, Ermənistan İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi mayın 26-da Ayrapetyanla bağlı bu cür qərar verib. Vəkilin fikrincə, bu ilin martından səhhəti ilə bağlı ölkə xaricində müalicə alan iş adamının Ermənistana qayıtması üçün həllolunmaz maneələr mövcuddur.

Artıq Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim edilib.

Qeyd edək ki, Ruben Ayrapetyanla oğlu özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrum etmə, qəsb və insan sağlamlığına zərər vurmaqda ittiham olunurlar. Mayın 21-də hər iki şəxsə cinayət işi açılıb.

Kateqoriya üzrə digər xəbərlər

Türkiyədə faciə: Oyun zamanı uşaq azyaşlını güllələdi

Admin

Premyer Liqanın başlanma tarixi BİLİNDİ

Admin

Bakıda sürücü təmir etməyə çalışdığı avtobusun altında qalıb öldü

Admin

“Sevgilisi yuxudan oyatdığı üçün 56 nəfəri öldürüb” – “Uiryonq qətliamı” haqqında DƏHŞƏTLİ FAKTLAR

Admin

Bakıda bir nəfərin ölümündə şübhəli bilinən şəxs həbs edildi

Admin

Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

Admin

Şərh yazın