Image default
HƏRBİ

Ermənilər müharibə vaxtı Qarabağdan İrəvana silah daşıyıb – VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli sayda silah-sursat keçirən qrupu ifşa edib.

Bu barədə Ermənistan MTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət planı İrəvan sakini tərəfindən hazırlanıb.

O, bir qrup şəxslə əlbir olaraq qanunsuz şəkildə əldə etdiyi avtomatları İrəvanda yerləşən mənzilinə aparıb.

Həmin şəxs əldə etdiyi silahları 500-600 ABŞ dollarına satmağa hazırlaşıb. Axtarış zamanı avtomatlar, güllələr və digər döyüş sursatları onun mənzilində aşkarlanıb.

Daha sonra Syünik vilayətinin Tex kəndində İrəvana qanunsuz daşınma və satış üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar tapılıb.

Ümumilikdə 43 “Kalaşnikov” avtomatı, 280 ədəd 7.62 mm-lik patron, 23 qutu 5.45 mm-lik patron, optik nişangahlar, bir ədəd qumbara və digər silah-sursat aşkarlanıb.

 

Kateqoriya üzrə digər xəbərlər

Ohanyandan Şuşa ETİRAFI: “10 saat mühasirədə qaldıq”

Admin

Ortaq Monitorinq Mərkəzində yer alacaq türkiyəli hərbçilər artıq Azərbaycandadır – RƏSMİ

Admin

Azərbaycan hərbçiləri daha əlverişli mövqedə möhkəmləniblər – FOTO

Admin

Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı – VİDEO

Admin

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edildi – FOTO/VİDEO

Admin

ABŞ-dan İrana qarşı gərginliyi artıracaq SƏRT QƏRAR: Daxili işlər naziri və ailəsi… – FOTO

Admin

Şərh yazın