Image default
HƏRBİ

Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDU

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Kateqoriya üzrə digər xəbərlər

Ərbəin yürüşündə Azərbaycana dəstək aksiyası – FOTO/VİDEO

Admin

İsrail xüsusi xidmətinin keçmiş rəhbəri: “İlham Əliyev heç kimin bacarmadığını etdi” – VİDEO

Admin

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur – RƏSMİ

Admin

Suriya-Türkiyə sərhədində TERROR: çox sayda ölən var

Admin

Sülhməramlılar yenə ermənilər üçün HƏRƏKƏTƏ KEÇDİ

Admin

Ermənilərin “şir ürəyi yeməsi”nin səbəbi içdiyi “aslan südü” imiş – VİDEO

Admin

Şərh yazın