Image default
HADİSƏ / CİNAYƏT

Ermənilər 100 min hektar ərazidə yanğınlar törədib – Nazir müavini

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə eko sisteminə ciddi ziyan vurulub.

Bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə Ekologiya və Təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağda mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb:

“Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhrəlaşmaya və meşə eko sisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb.”

V.Kərimov həmçinin qeyd edib ki, işağdalda əvvəl qeyd edilən ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi:

“Müharibə dövründə ağ fosfor tərkibli mərmilərdən Şuşa ətrafında istifadə edilib. Bunun nəticəsində eko sistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Min kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır.”

Kateqoriya üzrə digər xəbərlər

Qəbələdə keçmiş məhkum yenidən oğurluq üstündə tutuldu

Admin

Bakıda 24 yaşlı gənci maşın vurdu

Admin

“30 azərbaycanlı 300 spartalı kimi döyüşdü” – ABŞ-da yaşayan müğənni

Admin

Bakıda köşk yanıb

Admin

Şəhid olan əsgərlərin valideynləri azadlığa çıxdı – SİYAHI

Admin

Xose Bernardonu öldürmək istəyən şəxs yenidən hakim qarşısında

Admin

Şərh yazın