Image default
DÜNYA HƏRBİ

Erməni hərbi hissəsində atışma: Ən azı 4 ölü var…

44 günlük Vətən müharibəsindən sonra Ermənistandakı siyasi-iqtisadi xaosun hər gün dərinləşdiyi müşahidə edilir. Seçkilərin yaxınlaşması, müharibənin nəticələrindən bir-birinə qarşı istifadə etmək və hakimiyyəti ələ keçirmək istəyən qüvvələrin ittihamları Ermənistanın gündəlik həyat tərzinə çevrilib.

Ordudan isə danışmağa dəyməz. Vətən müharibəsində şəxsi heyətin 40 faizini, arsenalının isə 85 faizini itirən, minlərlə əsgərinin meyiti hələ də tapılmayan bir “ordu”nu təsəvvür etmək çətin deyil.

Hələ müharibədən qabaq Azərbaycanla sərhəd ərazilərdə postlara növbəyə qoymaq üçün əsgər tapmayan Nikol Paşinyan polislər arasında “iməcilik” elan etmişdi: sərhədyanı ərazilərdəki polislər ayın tam yarısını postlarda dayanmaqla əsgər çatışmazlığını ört-basdır etməliydi. Bunu heç gizlətmirdilər də, Nikol Paşinyanın bu barədə rəsmi qərarı dərc edilmişdi.

Vətən müharibəsindən sonra isə bu çatışmazlıq özünü daha qabarıq göstərdi. Bunun bir səbəbi ordunun yarısının itirilməsi, digər səbəbi isə müharibənin ardınca erməni gənclərin ordudan yayınması hallarının artması, ölkədən köç, orduya inamın sıfrın altına düşməsi idi.

İndiyə qədər Ermənistan ordusunda olan fərarilərin sayı rəsmi şəkildə 10 mindən bir qədər çox olaraq göstərilib. Bu, Ermənistan Hərbi Prokurorluğunun statistikasıdır, cinayət işi açılan fərarilərin sayıdır. Bu siyahıya düşməyənlər də var.

Təsadüfü deyil ki, Ermənistan artıq rəsmi olaraq bütün hava məkanını və sərhədlərini Rusiyanın ixtiyarına verib. Həmçinin 102-ci bazanın Zəngəzurda “filialını” alçaqla da vəziyyətdən çıxmağa çalışır.

Sərhədlərin delimitasiyası və demarkasiyası zamanı da gördük ki, burda əsgər deyil, əsgər forması belə tapa bilməyən qeyri-peşəkar, “muzdlu”-maaşlı şəxslər dayanır. Sərhəd ərazisindəki kəndlərdə işsiz qalan kişilər növbə ilə postlara qalxıb, görüntü verirlər. Başqa sözlə, “qarovulçu” işləyirlər və bununla ağır güzəranlarını yüngül masala təmin etməyə çalışırlar.

Ordu daxilindəki özbaşınalıq isə davam edir. Yalnız son 2 gündə erməni ordusunda 3 əsgər güllələnib, biri kəndirlə özünü asıb, bir fərari isə necə qaçıbsa, nə ailəsi, nə də hərbi polis axtarıb tapa bilir.

Yeri gəlmişkən, güllənənənlərlə bağlı rəsmi məlumat yayıldı – 2002-ci il təvəllüdlü Mkrtç Ovannisyan 24 mayda, 2001-ci il təvəllüdlü əsgər Mqer Ovannisyan 25 mayda güllə yarasından ölüb. Özünü asanla ordudan qaçanın adları açıqlanmır, heç ad-soyadlarının abreviaturasını da yazmırlar, ört-basdır etməyə çalışırlar.

Hər iki güllənmə ilə bağlı cinayət işi açılıb və əlbəttə ki, Ermənistan MN “ilkin ehtimalı” yaydı: silahla düzgün davranmadıqları üçün…

Digəri, qaçan əsgərlə bağlı da “əla” səbəb tapmışdılar: ailəsində və hərbi hissədə ona qarşı hər hansı zorakılıq olmayıb.

Amma “kəndir” məsələsində susdular və bu ölümün üstünə getmədilər. Necə desinlər ki, kəndirlə düzgün rəftar etmədiyi üçün təsadüfən boğazına keçib və boğulub ölüb?

Güllədən ölüm ən yaxşı “əsaslandırma”dır. Ancaq bunun da bir əndazəsi olmalıdır axı! Hər gün bir neçə “gülləli ölüm”ün hətta birini rəsmi təsdiqləsən belə, bunun cavabı verilməlidir. Necə olar bilər ki, hər gün erməni ordusunda bir əsgər silahla düzgün davrana bilməyib, təpəsinə güllə sıxır?

Bunun çarəsini isə ötən gün tapdılar. Elan etdilər ki, 1989-cu il təvəllüdlü Q.Xurşudyanı Azərbaycan ordusunun açdığı atəş öldürüb!

Maraqlıdır, necə olur ki, günorta radələrində Geqarkunikdə Mqer Ovannisyan adlı əsgər silahla davrana bilmədiyi üçün təpəsinə güllə vurub ölür, ancaq həmin ərəfədə Xurşudyanı Azərbaycan ordusu öldürəsi olur?

Müdafiə Nazirliyi rəsmi açıqlamasında M.Ovannisyanla bağlı araşdırma getdiyini bildirib, “o, Geqarkunikdə ölməyib” bəyanatı verməklə kifayətlənir. Bəs, harda ölüb? Cavabı yoxdur.

24 may saat 17:40-da ölən, 2002-ci il təvəllüdlü, Şirakdan əsgərliyə çağırılan Mkrtıç Ovannisyanın da, 25 mayda saat 13:00-da meyiti tapılan Mqer Ovannisyanın da (haradan çağırıldığı da açıqlanmayıb) öldükləri yer haqda heç bir bilgi yoxdur.

Yalnız 25 mayda (saatı yazılmayıb) 1989-cu il təvəllüdlü Q.Xurşudyanın öldüyü yer elan edilib – Geqarkunik. Cinayət işinin qaldırıldığını da baş prokurorun müşaviri sosial şəbəkə hesabından elan edib: Hərbi Prokurorluq yox, Müdafiə Nazirliyi də yox, Baş Prokurorluq?

Faktlar həddən artıq qarışıq və müəmmalıdır və bunun yalnız bir cavabı var: erməni hərbi hissəsinin daxilində atışma baş verib və ən azı 3 əsgər (+1 “intihar”) ölüb.

Ermənistan Müdafiə Nazirliyi faktı gizlətməyə çalışır və erməni hərbi hissəsində başıpozuq əsgərlərin bir-birinə atəş açıb öldürməsini elan etməyə qorxur. Çünki indi də ordu daxilindəki atışmaya görə xalqa cavab vermək lazımdır. Bu isə seçki ərəfəsində çox naqolay olardı.

Ordudakı ruh düşkünlüyü, əsgərlərin fərariliyə meyili və rəhbərliyə tabe olmaması, ordu rəhbərliyinin siyasətə qarışması və siyasi oyunların əlində alət olması fonunda hərbi hissədə əsgərlərin bir-biri ilə atışması təbii prosesdir. Hələ bəlli deyil ki, ölənlər bu 3 əsgərlə məhdudlaşacaq. Kim zəmanət verə bilər ki, 24 mayda kəndirlə özünü asdığı bildirilən əsgər intihar edib, yoxsa onu “səhra qanunları” ilə hərbi hissədə edam ediblər?

Mümkündür ki, yaralılar və yaxud digər ölənlər də olsun və onlar tədricən açıqlansın. Hələlik isə ən “optimal” vəziyyətdən çıxış yolu Azərbaycanı suçlamaq, diqqəti hərbi hissədəki atışmadan yayındırmaq, bunun üzərində siyasi oyun qurmaqdır.

Bu ehtimalı gücləndirən ən ciddi fakt isə ötən gün erməni radiosunun adına iddia edən sosial şəbəkə hesabında yayılan videodur. Həmin videoda erməni əsgərlərin azərbaycanlı əsgərləri vurması, havaya atəş açması və ərazidən uzaqlaşdırmağa çalışması əksini tapıb.

Çox maraqlıdır: bir tərəfdən Azərbaycan əsgərlərinin fiziki güc tətbiq etdiyi və bir əsgəri öldürdüyü haqda rəsmi informasiya yayılır, KTMT-yə yardım üçün yalvarırlar, digər tərəfdən isə erməni əsgərlərinin “gücünü” göstərən video dövriyyəyə buraxılır.

Məqsəd və hədəf Geqarkunikdə hərbi hissədə baş verən atışmanı və erməni əsgərlərin bir-birini öldürməsini gizlətmək, tam fərqli müstəviyə diqqət çəkməkdir. Tapşırıq da belə verilib: nə edirsiniz edin, erməni əsgərlərin bir-birini qətlə yetirməsi ört-basdır olsun.

Ona görə də dağınıq, bir-birini təkzibləyən məlumatlar sosial şəbəkələrə və internet resurslarına axır. Rəsmi qurumlar da bu işdə çox aktivdirlər və rəsmi kanalların sosial şəbəkə hesabları dayanmadan təbliğat aparır.

Mümkündür ki, yaxın günlərdə erməni ordusunda daha bir və ya bir neçə əsgərin də “silahla davrana bilmədiyi” üçün özünü başından vurduğu haqda məlumat alacağıq. Çünki atışmada cəmi 3 nəfərin öldüyü (bir əsgər isə kəndirlə asılıb) mübahisəlidir…

Kateqoriya üzrə digər xəbərlər

Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Admin

Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə şəxs danışdı

Admin

Sarkisyanın Paşinyana “əxlaq dərsi” keçəcək qədər şərəfi varmı? – ŞƏRH

Admin

Kreml: Rusiya Belarusdakı vəziyyəti nizama salmağa hazırdır

Admin

Putinlə Lukaşenko arasında növbəti telefon danışığı olub: Yaxın günlərdə görüşəcəklər

Admin

Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı

Admin

Şərh yazın