Image default
SƏHİYYƏ

Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar

Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar.

Bu barədə   Elnur Əşrəfoğlunun həyat yoldaşı məlumat verib.

O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün olmur:

“Həkimlər indi əlaqə saxladılar. Dedilər ki, qanaxması dayanmır, bir yandan qan köçürülür, digər yandan isə ECMO cihazında olduğu üçün qanaxmalar çoxalır. Həkimlər vəziyyətini qiymətləndirib və qərar qəbul edilib ki, bu gün ECMO cihazından ayrılsın. Yəqin ki, bu dəqiqələrdə cihazdan artıq ayırırlar. Sadəcə olaraq hər kəsin dua etməsini istəyirəm. Allah kömək olsun bizə!”.

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 26 nəfər vəfat edib – FOTO

Admin

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Allergiya və bronxial astma xəstələri…

Admin

“Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” – AÇIQLAMA

Admin

Tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadıldı

Admin

Azərbaycanda son sutkada koronavirusa 885 nəfər yoluxub – FOTO

Admin

Bu qan qrupuna daxil insanlar koronavirusa daha tez yoluxur – PROFESSOR

Admin

Şərh yazın