Image default
AZƏRBAYCAN DÜNYA

Ekspert: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”

Şübhəsiz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”.

Bunu “Report”a müsahibəsində ekspert, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazın sosial-iqtisadi və siyasi dinamikasını dəyişdi. Dünya Azərbaycanın möhtəşəm uğurunun şahidi oldu”, – o deyib.

Ekspert Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və həmin vaxtdan etibarən fəal şəkildə infrastrukturun bərpası ilə məşğul olduğunu söyləyib.

Xalid Teymur Əkrəm həmçinin vurğulayıb ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməklə daim regional sülh və sabitliyə can atır:

“Pakistan Azərbaycanın yaxın müttəfiqidir və daim bu ölkəni bütün sahələrdə dəstəkləməkdə davam edəcək”.

Kateqoriya üzrə digər xəbərlər

Stiven Siqal: Qarabağ Azərbaycandır

Admin

Generalın polkovnik bacısı oğlu AZADLIĞA ÇIXDI

Admin

İcra başçısı müavinini vəzifədən azad etdi – FOTO

Admin

Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib – VİDEO

Admin

Sarkozidən şok Türkiyə ETİRAFI: Avropa onlara qarşı ikiüzlülük sərgiləyib

Admin

lham Əliyev İraqın neft nazirini qəbul etdi

Admin

Şərh yazın