Image default
HƏRBİ

Ehtiyatda olan baş leytenanta əlillik verilmir? – AÇIQLAMA + FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna əlillik verilməsindən imtina edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən   sorğusuna cavab olaraq bildirilib ki, ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır:

“Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat paylaşılması media prinsiplərinə və peşəkarlığına ziddir. Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün ilk dəfə müraciət edir.

Bu müraciətlə bağlı da dərhal müvafiq işlər aparılır, onun əlilliyinin hərbi səbəblə əlaqələndirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən şəhadətnamə də yaxın günlərdə təqdim olunacaq. Həmin sənəd əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Yusif Dəmirovun əlilliyinin qiymətləndirilməsi yaxın günlərdə aparılacaq”.

“Yusif Dəmirov özü də onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir narazılığının olmadığını bildirib”, – deyə qurumdan qeyd edilib.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Ağcabədi atəşə tutuldu: Yaralı var – RƏSMİ

Admin

Düşmən Mingəçeviri atəşə tutub – RƏSMİ + FOTO

Admin

Ermənilərin bu texnikaları ötən gecə parça-parça edldi – SİYAHI

Admin

Füzulidə erməni təxribatının qarşısı alındı – VİDEO

Admin

Azərbaycan ordusunda andiçmə mərasimləri keçiriləcək

Admin

Ceyhun Bayramov: “Bu gün Azərbaycanın şanlı ordusu tarix yazdı!” – FOTO

Admin

Şərh yazın