Image default
HƏRBİ

Düşmənin komanda müşahidə məntəqəsi sıradan çıxarıldı: Çoxlu sayda ölən və yaralanan var – RƏSMİ

Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir.

Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var.

Kateqoriya üzrə digər xəbərlər

Ermənilər iriçaplı pulemyot və snayper tüfəngləri ilə atəşkəsi pozdu

Admin

Xudafərin niyə Azərbaycan üçün bu qədər əhəmiyyətlidir? – Tarixçi alim açıqladı

Admin

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız – VİDEO

Admin

Şuşanın azad edilməsi Azərbaycana bunu verdi, artıq müharibə… – Türk general İNCƏ DETALLARI AÇDI

Admin

Ermənistan cəbhədə jurnalistləri hədəfə alır – VİDEO

Admin

Ermənistanda toy qalmaqalı: Baş qərargah rəisi istefa verdi

Admin

Şərh yazın