Image default
HƏRBİ

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi: S-300 vuruldu – RƏSMİ

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Kateqoriya üzrə digər xəbərlər

Pentaqon Sovet silahlarının maketini alacaq

Admin

Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var – RƏSMİ

Admin

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur – RƏSMİ

Admin

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

Admin

Müharibəyə hazırlıq gedir: Rus ordusu girsə… – Xlopotov

Admin

Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

Admin

Şərh yazın