Image default
AZƏRBAYCAN HƏRBİ

Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var – RƏSMİ

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Kateqoriya üzrə digər xəbərlər

Rusiya, Ukrayna və Gürcüstandakı “vor-zakon”lar Azərbaycana axışır?

Admin

Qarabağ qazisinin köməyə ehtiyacı var – FOTO

Admin

Şuşanın azadlığı mübarək olsun – Çavuşoğlu

Admin

Avstraliya İttifaqında Qarabağ həqiqətlərini yaymaq üçün yeni portal yaradıldı

Admin

Azərbaycanda zəlzələ oldu

Admin

Azərbaycanda universitetin mətbuat katibi işdən ayrıldı

Admin

Şərh yazın