Image default
AZƏRBAYCAN HƏRBİ

Düşmən mülki insanlara qarşı terror vasitələrindən istifadə edir – XİN

Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.

Barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlamasında bildirilib.

“Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq”.

Kateqoriya üzrə digər xəbərlər

Beş ildən sonra 3 uşaq atası olduğunu cəbhədə öyrəndi – VİDEO

Admin

Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi

Admin

Gürcüstan ordusunda koronavirusa kütləvi yoluxma

Admin

SON DƏQİQƏ: Azərbaycanda hərbi xidmətə çağırışla bağlı QANUN DƏYİŞDİ – VİDEO

Admin

Mehriban Əliyeva Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib – FOTO

Admin

ABŞ-ın tarixə əsassız qiymət vermək hüququ yoxdur – Adil Əliyev

Admin

Şərh yazın