Image default
HƏRBİ

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər – RƏSMİ

Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.

Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir.

Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Admin

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur – RƏSMİ

Admin

XTD komandiri: “Dəmir yumruq” əməliyyatını uğurla həyata keçirdik” – FOTO/VİDEO

Admin

Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! – ŞOK HADİSƏ/FOTO

Admin

44 günlük müharibədə HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri – VİDEO

Admin

İndi Ermənistan KTMT-nin köməyinə güvənə bilməz – Gürcüstan və Rusiyadan olan mütəxəssislər

Admin

Şərh yazın