Image default
TEXNOLOGİYA

Dünyanın ilk antibakterial smartfonu hazırlandı

Böyük Britaniyada hazırlanan dünyanın ilk antibakterial smartfonu gümüş ionlarla örtülüb.

“Daily Mail” xəbər verir ki, dünyada ilk antibakterial örtüklü telefonu “Bullit Group” şirkətinin mütəxəssisləri yaradıblar.

“Cat S42” mikrobların yayılmasının və patogenlərin böyüməsinin qarşısını almaq üçün gümüş ionları olan korpusda yerləşdirilib.

Qeyd olunur ki, gümüş ionlar sayəsində telefonun üzərinə düşən bakteriyaların 80%-i 15 dəqiqə ərzində məhv ediləcək və 99,99 %-i 24 saat ərzində yox olacaq. Telefon suya davamlı olacaq, buna görə də süngər və kranın altında sabunlu su ilə təhlükəsiz şəkildə yuyula bilər.

Britaniyada qiyməti 229 funt sterlinq (təxminən 518 AZN) olacaq telefonun 2021-ci ilin əvvəllərinə qədər satışa çıxarılmayacağı bildirilir.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda ilk dəfə: Dənizdə mobil internet!

Admin

Məhkumların elektron nəzarət vasitəsindən istifadə ilə bağlı Baş nazirdən QƏRAR

Admin

Əgər smartfon vasitəsi ilə sizi izləmək istəsələr…

Admin

Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu

Admin

“WhatsApp”-dan möhtəşəm yenilik

Admin

Pakistanda peyvənd olunmayanların SIM-kartları bloklanacaq

Admin

Şərh yazın